Sosial

Azərbaycanda 40 dərəcə isti qeydə alınıb


Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 38, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.