Avstraliyada məsafədən işin hüquqa çevrilməsi təklif edilir
Avstraliyanın Viktoriya ştatının Baş naziri Jasinta Allan məsafədən işləməyi qanun çərçivəsinə salmaq istəyir. SİA xəbər verir ki, Baş nazir bu iş rejiminin “tələb deyil, hüquq” olduğunu bildirib.
Allan qeyd edib ki, şərait imkan verdiyi təqdirdə işçi həftədə iki gün evdən işləyə bilməlidir. Bu yolla işçilər daha səmərəli çalışacaq, ailələrinə daha çox vaxt ayıracaq və pula qənaət edəcəklər.
Bundan əlavə, məsafədən iş həm yollarda sıxlığı azaldacaq, həm də qadınların əmək bazarında daha fəal iştirakına imkan verəcək.