Rusiya ordusu Zaporojyedə mülki insanları atəşə tutub, 3 nəfər həlak olub
Rusiya hərbçiləri Zaporojye vilayətinin Stepnoqorsk yaşayış məntəqəsini atəşə tutub. Hücum nəticəsində 3 mülki şəxs həlak olub. SİA xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, mülki insanlara hücum edilib.
“Zərbələr nəticəsində 3 nəfər – 50 və 40 yaşlı kişi, 58 yaşlı qadın həlak olub”, – deyə o əlavə edib.