AMB-də kapital bazarları üzrə əsas strateji prioritetlər müzakirə edilib
Azərbaycan Mərkəzi Bankında (AMB) qarşıdakı dövr üçün kapital bazarları üzrə əsas strateji prioritetlər müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov “Azərbaycan Kapital Bazarları Assosiasiyası” İctimai Birliyi, “Bakı Fond Birjası” QSC, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb. Görüş çərçivəsində bu ilin I yarısında kapital bazarlarında əldə olunmuş nəticələr, investisiya şirkətlərinin fəaliyyəti və mövcud çağırışlar ətraflı müzakirə olunub, sektorun dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.