“Ezamiyyə xərclərinin normaları haqqında” qərarın əhatə dairəsi genişləndirilib
Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, “Ezamiyyə xərclərinin birgünlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na Baş prokurorun müavinləri də əlavə edilib.