Dünya

Macarıstan ilk dəfə Qazaxıstan neftini idxal edib…





Dəniz yolu ilə çatdırılıb…



Qazaxıstanın milli neft-qaz şirkəti KazMunayQaz (KMG) Xorvatiya limanı vasitəsilə dəniz yolu ilə Macarıstana ilk neft tədarükünü həyata keçirib.

SİA xəbər verir ki, bu barədə avqustun 4-də şirkətin saytında məlumat verilib.

Macarıstanın MOL Group şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində Sazhalombatta şəhərindəki Dunay Neft Emalı Zavoduna 85 min ton Qazaxıstan nefti təhvil verilib.

Daşıma iki mərhələdə aparılıb: birincisi, Qazaxıstanın “Kazmortransflot” şirkətinin “Alatau” tankeri nefti dəniz yolu ilə Rusiyanın Novorossiysk limanından Xorvatiyanın Omisalj limanına çatdırıb.

Oradan yük Xorvatiyanın Janaf şirkətinin idarə etdiyi Adriatik neft kəməri ilə son mənzilə yola salınıb.

Xorvatiyada üç şirkətin nümayəndələri arasında aparılan danışıqlardan sonra “KazMunayQaz” və “MOL Group” arasında Qazaxıstan neftinin gələcək tədarükü ilə bağlı çərçivə sazişi imzalanıb.

Bu addım Qazaxıstana Avropa İttifaqı bazarlarına neft ixracı coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə, Macarıstana isə idxalı diversifikasiya etməyə imkan verir.

Əli Babayev