Dünya

Litva prezidenti hökumətin istefasını qəbul edib…


Litva prezidenti Gitanas Nauseda ölkə hökumətinin istefasını qəbul edib və maliyyə naziri Rimantas Sadziusu baş nazirin səlahiyyətlərini icra edən təyin edib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti Litva KİV-ə istinadən məlumat yayıb.

Bundan əvvəl məlum olmuşdu ki, baş nazir Giniautas Paluckasın ardınca bütün Litva hökuməti istefa verib.

Buna səbəb baş nazirin ailə üzvlərinə məxsus şirkətin Avropa dəstəyi üçün keçirilən müsabiqədə qalib gəldiyi məlum olduqdan sonra ortaya çıxan korrupsiya qalmaqalı olub.

…Nauseda hökumətin və Sosial Demokratların nümayəndəsi Paluckasın baş nazir vəzifəsindən istefasını nəzərdə tutan fərman imzalayıb.

Bu, mətndə deyilir.

Litva prezidenti maliyyə naziri Rimantas Sadziusu baş nazirin səlahiyyətlərini icra edən təyin edib.

Nazlı Almuradova