Sosial

Ötən ay ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı


Bu ilin iyul ayında ailə başçısını itirməyə görə 188 min 106 nəfərə pensiya və müavinət ödənilib. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 135 min 900 nəfərdən çoxu pensiya, 52 min 100 nəfərdən çoxu isə müavinət alıb.