ABŞ kəşfiyyat direktoru yadplanetlilərə inandığını təsdiqləyib…
Qabbardın agentlikləri UFO-lar haqqında həqiqəti axtarır. Aldıqları məlumatlar “vaxt çatdıqda” dərc olunacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard yadplanetlilərə inandığını təsdiqləyib.
44 yaşlı Qabbard bu barədə Pod Force One podkastında aparıcı Miranda Devinin sualına cavab olaraq bildirib.
Milli Kəşfiyyatın direktoru vurğulayıb ki, onun bu mövzuda öz baxışları və mülahizələri var, lakin belə bir mövqedə o, dediklərinə diqqətli olmalıdır.
Bunu Daily Star yazır.
Qabbard etiraf edib ki, o, hələlik mövzu ilə bağlı açıq danışa bilmir, lakin nəzarət etdiyi qurumlar UFO-lar haqqında həqiqəti axtarır.
Aldıqları məlumatlar “vaxtı gələndə” dərc ediləcək, o söz verib.
Əvvəllər Pentaqonun illərdir UFO-lar haqqında ictimaiyyəti qəsdən yanlış məlumatlandırdığı bildirilirdi.
Nazlı Almuradova