Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm. SİA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə deyib.
“Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək”, – Tramp bildirib.