Dünya

Rusiyada anbarlar köhnə Çin avadanlıqları ilə dolub-daşır…





Rusiyada Çin avadanlıqlarına tələbat kəskin şəkildə azalıb…



Çin istehsalçıları Rusiya bazarında gözlənilməz problemlə qarşılaşıblar. Anbarlar satılmamış xüsusi avadanlıqla dolub-daşır, tələbat isə azalmaqda davam edir.

Rusiya xüsusi avadanlıq bazarı Çin məhsullarının görünməmiş çoxluğu ilə qarşılaşıb.

SİA xəbər verir ki, “Kommersant”ın öyrəndiyi kimi, istehsalçı XCMG-nin rəsmi distribyutoru Moskva yaxınlığındakı Podolskda əlavə 8 min kvadratmetr anbar sahəsini icarəyə götürməyə məcbur olub.

Mütəxəssislər illik icarə xərclərini 85-126 milyon rubl səviyyəsində qiymətləndirirlər ki, bu da problemin miqyasını göstərir.

Vəziyyət 2024-cü ilin yayında güzəştli ipoteka proqramının məhdudlaşdırılmasından sonra xüsusi avadanlıqlara tələbatın kəskin azalması ilə izah olunur.

Analitiklərin fikrincə, anbarlarda mövcud ehtiyatlar satışa bir ildən çox davam edəcək. Rusiya distribyutoru XCMG-nin maliyyə göstəriciləri böhranı təsdiqləyir: ötən il şirkətin xalis mənfəəti 52 faiz, gəliri isə 19 faiz azalıb.

Oxşar problemlər avtomobil seqmentində də müşahidə olunur.

Ayrılan Qərb brendlərinin yerini fəal şəkildə zəbt edən Çin istehsalçıları indi həddindən artıq istehsalla üzləşiblər. Ekspertlərin fikrincə, Rusiya bazarında Çin xüsusi texnikasının payı 60-90 faizə çatır, lakin tələbatın az olması şirkətləri əlavə anbar sahəsi axtarmağa məcbur edir.

Trend artır: 2025-ci ilin birinci yarısında istehsal müəssisələrinin anbar əməliyyatlarının ümumi həcmində payı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz bəndi artıb….

Əli Babayev