Dünya

Vaşinqtonda Ermənistan Baş naziri ilə ABŞ prezidentinin xüsusi elçisi görüşüb


Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, görüşdə Paşinyanla Tramp arasında gözlənilən danışıqlar, daha sonra Prezident İlham Əliyevin iştirakı ilə baş tutacaq danışıqlar, eləcə də Ermənistanın ABŞ ilə qarşılıqlı fəaliyyəti müzakirə edilib.