Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Anlaşma Memorandumu imzalanıb
ABŞ ilə Azərbaycan arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bu barədə SİA yerli mənbələrə istinadən məlumat verir.
Memorandum Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqındadır.