Siyasət

İtaliya mediası Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton görüşündən yazır


İtaliyanın mətbu orqanları Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasını diqqət mərkəzində saxlayıb. SİA xəbər verir ki, ANSA, “Sky TG24”, “Corriere della Sera”, “Corriere del Ticino”, “Giornale di Brescia”, “Prealpina”, “Za Zoom” kimi informasiya agentlikləri və xəbər portallarının yaydığı materiallarda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzaladıqları bildirilir.

Qeyd edilib ki, Donald Tramp ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını da açıqlayıb.

Bundan başqa, yazılarda bildirilir ki, Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kos Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sazişi davamlı sülh və sabitliyə doğru həlledici addım kimi qiymətləndirdiyini, normallaşma prosesini və regional əlaqəni dəstəkləməyə hazır olduğunu bəyan edib.