Siyasət

“Azərbaycan Prezidenti sülhü rəsmiləşdirərək yeni tarix yazdı”


Azərbaycan ilə Ermənistan arasında atılan ortaq imzadan, sülh, sabitlik və gələcəyimiz naminə böyük məmnunluq hissi keçirdik. Vaşinqtonda ortaya qoyulan iradə, Qafqazın əmin-amanlığı, gələcəyi və rifahı üçün tarixi bir fürsətdir. Ümid edirik ki, bu fürsət yaşadığımız ixtilaf və müharibələrin gələcəyi üçün yeni, nümunəvi yol xəritəsi yaradacaq.

SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver deyib.

O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın döyüş meydanındakı uğurunu sülh masasında rəsmiləşdirərək yeni tarix yazıb: “Onun yazdığı bu yeni tarix Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün qızıl fürsətdir. Bu fürsət ticarət, diplomatiya və humanitar münasibətlər üçün olduğu kimi, gələcək nəsillərə də parlaq və təhlükəsiz sabahlar təmin edəcək. Bu münasibətlə Azərbaycan dövlətini təbrik edirik. Marmara Qrupu Vəqfi olaraq, vətəndaş cəmiyyəti kimliyimizlə, Qafqazda davamlı və əbədi sülhün qapısını açacaq bu vasitəçilik təşəbbüsünə şərait yaradan Amerika Birləşmiş Ştatlarının xidmətlərini də yüksək qiymətləndiririk”.

Professor sülhə xidmət edənin, bəşəriyyətə xidmət etdiyini vurğulayaraq bu prosesdə əməyi keçən hər kəsi təbrik edib.