Sosial

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq


Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. SİA-nın məlumatına görə, şəhərin Əliqulu Qəmküsar küçəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:30-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlərin gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.