ADY bu ilin 7 ayı ərzində Çindən 225 blok-qatar qəbul edib…
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu ilin 7 ayı ərzində Çindən 225 blok-qatar qəbul edib.
SİA-nın məlumatına görə, ADY-dən bildirilib ki, bu göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz artım qeydə alınıb.
Qeyd olunan dövrdə ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 2 dəfə çoxdur.