Priqojinin kürəkəni Ukraynadakı müharibədə öldürülüb
Rusiyalı prodüser İosif Priqojinin qızı Danayanın əri Yevgeni Tkaçenkonun öldüyü bildirilib.
SİA-nın məlumatına görə, bunu Priqojinin özü xəbər verir. …Bəli, məhkəmə qərarı var, təəssüf ki, bu doğrudur.
Bu ilin fevral ayında Priqojinin qızı ərinin müharibədə itkin düşməsindən danışmışdı.
Danaya və Tkaçenkonun toyu 2022-ci ildə baş tutub və cütlüyün yayda bir oğlu olub.
Priqojin bildirib ki, kürəkəni qismən səfərbərlik elan edildikdən sonra çağırış vərəqəsi alıb – həmin vaxt gəncin 25 yaşı olub.
O, 2023-cü ilin noyabrında cəbhəyə gedib və iki aydan sonra əlaqəni kəsib.
Mash Telegram kanalının yazdığı kimi, Tkaçenko Kupyansk istiqamətində Osipovkada Panda çağırış işarəsi olan kəşfiyyatçı pulemyotçu idi.
…Bir il, əlbəttə ki, şans azdır. Mən onun itdiyi bəzi şəraiti bilirəm, lakin hələlik bu barədə ətraflı danışmaq istəmirəm.
Prodüser bunu ilin əvvəlində deyib.
İyul ayında Priqojin NYT-yə Tkaçenkonun könüllü olaraq cəbhəyə getdiyini bildirib. Prodüser bildirib ki, bu məsələni kürəkəni ilə şəxsən müzakirə edib, lakin son qərarı o verib. Onun kürəkənindən aldığı son mesajda deyilirdi: “Bu gün ezamiyyətə gedirik. Hamınızı sevirəm”.
Nazlı Almuradova