ABŞ Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə qoşulacaq…
…ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdə Ukraynada atəşkəs tələb edəcəyini bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barrotun X sosial şəbəkəsində verdiyi məlumata görə, Amerika lideri bu barədə Avropa liderləri ilə virtual sammit zamanı bildirib.
Onun sözlərinə görə, Tramp həmçinin əlavə edib ki, ərazilərlə bağlı danışıqlar “yalnız növbəti görüş zamanı Vladimir Zelenskinin iştirakı ilə aparılacaq”.
Bundan əlavə, Amerika lideri görüş zamanı bildirib ki, “ABŞ Fransa, Böyük Britaniya və Almaniyanın birləşdirdiyi könüllü ölkələrin koalisiyası tərəfindən hazırlanmış təhlükəsizlik zəmanətlərinə qoşulacaq”.
Bir daha xatırladaq ki, Donald Tramp və Vladimir Putin arasında zirvə görüşü avqustun 15-də Alyaskada baş tutacaq.Ukrayna və Avropa nümayəndələri danışıqlar masasında olmayacaq.
Əli Babayev