Dünya

Çinin “Şençjou 20” kosmik gəmisinin ekipajı açıq kosmosa üçüncü çıxışına hazırlaşır


Hazırda Çin kosmik stansiyasında olan Çinin “Şençjou 20” kosmik gəmisinin ekipaj üzvləri yaxın günlərdə üçüncü dəfə kosmosa uçacaqlar. SİA “Sinxua” agentliyinə istinadla xəbər verir ki, ekipaj iyunun 26-da açıq kosmosa ikinci çıxışlarını başa vurduqdan sonra “Tyançjou 8” yük gəmisi ilə vidalaşaraq “Tyançjou 9”u qarşılayıb. Onlar stansiyada ətraf mühitin monitorinqi, avadanlıqların yoxlanılması və texniki xidməti, materialların inventarlaşdırılması və kosmosda çıxışa hazırlıq kimi bir sıra tapşırıqları yerinə yetiriblər.

Çin Milli Kosmik İdarəsi (CMSA) qeyd edib ki, ekipaj kosmik həyat elmləri və insan bədəni tədqiqatları, fundamental mikroqravitasiya fizikası və yeni kosmik texnologiyalar kimi sahələrdə təcrübələrdə davamlı irəliləyiş əldə edib.

Kosmik stansiya hazırda normal rejimdə işləyir və qoyulmuş tapşırığın yerinə yetirilməsinə tam hazırdır.