Dünya

Putin müharibəni dayandırmaq üçün bir sıra şərtlər irəli sürüb…




Təkcə ərazi güzəştləri deyil…



…Vladimir Putin Alyaskada ABŞ prezidenti Donald Trampla görüşündə Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı bir sıra tələblər irəli sürüb.

Tələblər ərazi güzəştlərindən daha çoxunu ehtiva edir.

SİA-nın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Putinin ultimatumu barədə məlumat Avropa, ABŞ və Ukrayna liderləri arasında aparılan müzakirələrə əsaslanır və tam deyil.

Reuters Alyaskada Putinin bir neçə tələbini açıqlayıb.

Nəşrin yazdığına görə, diktatorun təklifi sülh razılaşması əldə olunana qədər atəşkəs rejimini istisna edir.

Rusiya tərəfi Rusiyanın Xerson və Zaporojye vilayətlərində cəbhə xəttini dondurmaq öhdəliyi müqabilində Ukraynadan qoşunlarını Donetsk və Luqansk vilayətlərindən tamamilə çıxarmağı tələb edir.

Rusiyanın Sumi və Xarkov vilayətlərindəki kiçik əraziləri geri qaytarmağa hazır olduğu iddia edilir.

Putin həmçinin işğal olunmuş Krımın Rusiya kimi tanınmasına çalışır. Ancaq bunun yalnız ABŞ tərəfindən, yoxsa bütün Qərb ölkələri və Ukrayna tərəfindən tanınması anlamına gəldiyi bəlli deyil.

Bundan əlavə, Rusiya sanksiyaların heç olmasa bir hissəsinin götürülməsini istəyir.

Moskva həmçinin Ukraynanın NATO-ya daxil olmaq planlarından əl çəkməsini istəyir. Lakin nəşrin yazdığı kimi, Putin Ukraynanın müəyyən təhlükəsizlik zəmanətləri almasına açıq görünürdü.

Kremlin digər tələbi isə Ukraynanın bəzi bölgələrində və ya bütün ölkə ərazisində rus dilinə rəsmi statusun verilməsi, həmçinin Rus Pravoslav Kilsəsinə (ROK) sərbəst fəaliyyət göstərmək hüququ verilməsidir.

Əli Babayev