Von der Leyen Ukraynanın taleyini həll edəcəyi tarixi açıqlayıb
Sabah Ukrayna öz taleyini həll edəcək.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna lideri Vladimir Zelenski ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında deyib.
…Bu, Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə, güc yolu ilə sülh olmalıdır.
Bunu deyən Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, sərhədləri güc yolu ilə dəyişdirmək olmaz və bütün ərazi məsələləri yalnız Ukrayna tərəfindən həll edilə bilər.
Bundan əvvəl fon der Leyen ABŞ prezidenti Donald Tramp və Zelenski arasında keçiriləcək görüşdə iştirak edəcəyini bildirmişdi.
O, Ukrayna liderinin xahişi ilə siyasətçilərin dialoquna qoşulacağını qeyd edib.
Əli Babayev