Sosial

Gənclərin kafelərə üz tutmağı-səssizlik yoxsa rahatlıq?


“Gənclərin kafelərdə vaxt keçirməsi psixoloji travma yox, sosial tendensiyadır”.Bunu psixoloq Fərqanə Mehmanqızı SİA-ya açıqlamasında bildirib.

Psixoloq bildirir ki,zamanın çoxunu evdən kənarda keçirtmək travmalara əsaslanmır: “Gənclərin kafelərdə zaman keçirməsini ailə basqısı ilə əlaqələndirmək düzgün yanaşma deyil. Çünki bu, daha çox müasir dövrün formalaşdırdığı bir sosial tendensiyadır.Əgər ailə maddi olaraq övladını təmin edirsə, o zaman bu gəncin çöldə zaman keçirməsinin səbəbi ailədən qaçmaq deyil. O, sadəcə sosial mühitə uyğunlaşır, eyni zamanda öz yaşıdları ilə eyni tendensiyada davranmağa çalışır.

Vaxtilə insanlar evdən yemək aparır, naharlarını iş yerində yeyirdilər. İndi isə kafelərdə, ictimai məkanlarda yemək yemək dəb halını alıb. Bu da bir dövri dəyişiklik, həyat tərzinin yenilənməsidir.Gənclərin kafedə kompüterlə dərs oxuması, sosiallaşması və ya sadəcə vaxt keçirməsi onların psixoloji travma yaşadıqları anlamına gəlməz. Bu davranış formaları bir çox hallarda sadəcə mühitə uyğunlaşmaq, müasir həyat tərzini yaşamaq istəyindən irəli gəlir.Ona görə də hər sosial davranışı travma və ya ailə problemi ilə əlaqələndirmək doğru deyil”.