Dünya

Moskvada dayanacaqda iki avtomobil yanıb…


Moskvanın qərbində dayanacaqda iki avtomobil yanıb. Bu barədə Moskva Şəhər İnformasiya Agentliyinə məlumatlı mənbə bildirib. Hadisə Kutuzovski prospektində, 34 saylı binanın yaxınlığında baş verib.

İlkin məlumatlara görə, əvvəlcə “Ford Fiesta” yanıb, sonra alov yaxınlıqda dayanmış “Porsche”yə keçib.

SİA-nın məlumatına görə, hazırda yanğın tamamilə söndürülüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bildiriblər ki, “Həlak olanlar barədə məlumat yoxdur”. Yanğının səbəbi məlum deyil, hadisənin başvermə şəraiti araşdırılır.

Əli Babayev