Litva Belarusla sərhəd təhlükəsizliyini gücləndirir…
Litva Belarusda “Zapad-2025” hərbi təlimlərinin başlamasının yaxınlaşması ilə əlaqədar sərhəd təhlükəsizliyini gücləndirməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Rüstəm Lyubayev avqustun 20-də LRT radiosunun efirində bildirib.
…Təlimlərə hazırlıq planı təsdiqlənib və uğurla həyata keçirilir. Hazırda Litva sərhədçiləri sərhədimizdə istənilən təxribata hazırdırlar..?
Lrytas portalı Lyubayevin sözlərindən sitat gətirir.
Bir daha xatırladaq ki, Belarus və Rusiya silahlı qüvvələrinin “Zapad-2025” birgə strateji təlimi 2025-ci il sentyabrın 12-dən 16-dək baş tutacaq.
Qeyd edək ki, bir çox ekspertlər Kremlin “Zapad-2025” təlimlərindən Baltikyanı ölkələrə qarşı təxribatlar üçün istifadə edə biləcəyini düşünür.
Əli Babayev