Stubb amerikalılardan Floridanı itirdiklərini təsəvvür etmələrini istədi…
Finlandiya prezidenti Alexander Stubb Ukraynanın üzləşdiyi ərazi problemlərinin ağırlığını Amerika auditoriyasına çatdırmaq üçün çox qrafik analogiyadan istifadə edib.
SİA-nın məlumatına görə, NBC News-a müsahibəsində o, amerikalılardan Rusiyanın Ukraynadan ABŞ-ın bir neçə iri ştatı ilə müqayisə edilən əraziləri təhvil verməsini tələb etdiyini təsəvvür etmələrini xahiş edib.
NBC News-un məlumatına görə, Stubb Amerika vətəndaşlarından Florida, Corciya, Cənubi Karolina, Şimali Karolina, Virciniya və hətta Merilend ştatının bəzi hissələrini itirdiklərini təsəvvür etmələrini istəyib.
Onun fikrincə, yalnız belə itkini təsəvvür etməklə amerikalılar Ukraynanın üzləşdiyi problemlərin miqyasını tam dərk edə biləcəklər.
Bundan əvvəl Alexander Stubb ABŞ-a səfəri zamanı Ukrayna münaqişəsinin yaxın gələcəkdə nizamlanması perspektivləri ilə bağlı ehtiyatlı nikbinliyini ifadə edib.
O, Finlandiyanın 1944-cü ildəki tarixi təcrübəsi ilə paralel apararaq, hələ 2025-ci ildə sülh sazişinin əldə edilməsinin mümkünlüyünü bəyan edib.
Xatırladaq ki, daha əvvəl Tramp Avropa İttifaqı liderləri ilə görüşdə Finlandiya prezidentini tapa bilməyib.
Əli Babayev