Dünya

Tramp Putin-Zelenski görüşü ilə bağlı yeni qərar verdi…





Moskva və Kiyev danışıqları özləri təşkil etməlidir…



…ABŞ prezidenti Donald Tramp Vladimir Putin və Vladimir Zelenski arasında ikitərəfli görüş təşkil etmək cəhdlərindən imtina etmək qərarına gəlib.

SİA-nın məlumatına görə, bu barədə “The Guardian” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Tramp qərar verib ki, Moskva və Kiyev prezidentlərin özləri arasında üzbəüz danışıqlar təşkil etsinlər, bu, Trampın fikrincə, müharibənin dayandırılmasında növbəti addım olmalıdır.

…“The Guardian”ın mənbələri Trampın görüşün təşkilində birbaşa rol oynamayacağını bildirib.

Onların sözlərinə görə, son günlər ABŞ prezidenti müşavirlərinə Putin və Zelenskinin görüşündən sonra onun iştirakı ilə üçtərəfli sammit keçirmək niyyətində olduğunu bildirib.

“The Guardian” vurğulayır ki, görüşün özünün baş tutub-tutmayacağı bəlli deyil. Tramp Zelenski, AB liderləri və NATO-nun baş katibi Mark Rutteni Ağ Evdə qəbul etdikdən qısa müddət sonra bazar ertəsi günü Putin və Zelenski üçün 2021-ci ildən bəri ilk təkbətək görüş olacaq danışıqlar təşkil etməyi planlaşdırdığını açıqlayıb.

Qərb mediası mənbələri Putinin Trampın Rusiya prezidenti ilə telefon danışığında səsləndirdiyi təkliflə razılaşdığını iddia edib.

Lakin Kremldən bu barədə rəsmi təsdiq gəlməyib.

Əli Babayev