Turist Türkiyədə həbsxanaya doğru rəqs edib..?
…Türkiyədə bir turisti Kapadokyada bayraq dirəyində rəqs etdiyi üçün həbs cəzası gözləyir.
SİA-nın məlumatına görə, bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Video Kapadokiyanın əsas turistik yerlərindən birində lentə alınıb. Burada qızın bayraq dirəyinə dırmaşaraq akrobatik fəndlər yerinə yetirməsi göstərilir.
Video sosial şəbəkələrdə yayılıb və bundan sonra turist dövlət simvolunu təhqir etməkdə ittiham edilib.
Nəticədə prokurorluq dövlət rəmzlərini təhqir etmə, türk millətini və ya onun qurumlarını aşağılama maddəsi ilə cinayət işi açıb.
Turisti bir ildən üç ilə qədər həbs gözləyir. Qızın vətəndaşlığı dəqiqləşdirilməyib. Onun Türkiyəni tərk edə bildiyi və ya saxlanıldığı da məlum deyil.
Bundan əvvəl Domodedovoda Bəhreyndən olan turistin 76 daş-qaşla saxlanıldığı bildirilirdi.
Əli Babayev