Çində 4,6 bal gücündə zəlzələ baş verdi
Çinin Sincan-Uyğur Muxtar rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ bazar günü yerli vaxtla saat 01:06-da Aksu şəhərindən 146 kilometr, Tumşuk şəhərindən 142 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin ocağı 7,2 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.