Rumıniya dağlarında 4 nəfər öldü, 11 nəfər yaralandı
Son 24 saat ərzində Rumıniyada dağlıq ərazilərdə azı dörd nəfər ölüb, daha 11 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Rumıniyanın “Salvamont” xilasetmə xidmətinin press-relizində bildirilib. “Son 24 saat ərzində “Salvamont” xidmətinə xilasedicilərdən təcili müdaxilə üçün 25 müraciət daxil olub. 35 nəfərin həyatını xilas etmək mümkün olub. Onlardan yeddi nəfər təcili tibbi yardım maşınları ilə, daha dörd nəfər isə helikopterlə xəstəxanalara aparılıb. Təəssüf ki, dörd nəfərin meyiti tapılıb”, – xidmətin sosial media səhifəsində deyilir. Ölümlərin dəqiq səbəbləri məlum deyil. Müraciətlərin əksəriyyətinin Kluj və Maramures qraflığından (ölkənin şimal hissəsi) daxil olduğu qeyd edilir. Yardım üçün Sibiu, Braşov, Alba, Praxova, Nyamç, Suçava, Ardjes və Mehedinç əyalətlərindən də müraciətlər olub.