ABŞ alış üçün icazə verdi…
…Norveç və Almaniya birlikdə “Patriot” hava hücumundan müdafiə sistemləri və radar sistemləri alıb Ukraynaya tədarük edəcəklər.
Bu barədə Norveç hökuməti məlumat verib və bunun iki hava hücumundan müdafiə sisteminin birgə alınması olduğunu bildirib.
SİA xəbər verir ki, bu barədə The Moscow Times yazır. Norveçin baş naziri Conas Qar Stoere bildirib ki, Oslo Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təxminən 7 milyard Norveç kronu (təxminən 695,7 milyon dollar) ayırır.
…Almaniya ilə birlikdə biz Ukraynaya öz ərazilərini və mülki əhalisini Rusiyanın hava hücumlarından qorumaq üçün güclü hava hücumundan müdafiə sistemlərinin tədarükünü təmin edəcəyik,- o vurğulayıb.
Sistemlər hazırda Almaniyadadır və ən qısa zamanda Ukraynaya çatdırılacaq.
Norveç Nazirlər Kabinetinin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar ötürülən sistemlərə görə kompensasiya ödəyəcəyini, Norveç isə onların dəyişdirilməsi üçün maliyyə dəstəyi verəcək.
Bundan əlavə, Oslo Kiyev üçün alman istehsalçısı Hensoldt-dan hava hücumundan müdafiə radarlarının və Konqsberqdən hava hücumundan müdafiə sistemlərinin alınmasında iştirak edəcək.
…Biz indi Ukraynanın müdafiəsini daha da gücləndirmək üçün Almaniya ilə birləşirik, – Norveçin müdafiə naziri Tore Sandvik bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO müttəfiqləri hesabına Ukraynaya Patriot sistemlərinin verildiyini açıqlamışdı.
Əli Babayev