Siyasət

Ədalətin bərpası fonunda ERMƏNİSTAN ÜÇÜN DƏRS


Haylar hələ də uydurmaqda olduqları, guya on minlərlə erməni ailəsinin öz yurd-yuvasından didərgin düşməsi və guya ermənilərin hansısa təzyiqlərə məruz qalması barədə nağılları ilə dünya ictimaiyyətini artıq aldada bilmirlər. Belə görünür ki, ABŞ başda olmaqla, Avropanın bir çox ölkələri də daxil, dünyanın əksər dövlətləri, xalqları erməni nağıllarına artıq inanmaq, aldanmaq fikrində deyillər və hayların düz 30 ilə yaxın, əsrin üçdə birinə yaxın dövr ərzində işğal altında saxladıqları ərazilərimizin geri qaytarılması, ədalətin qələbəsi və bərpası hamı üçün qəbul olunan sayılır. Azərbaycanın öz gücü, öz potensialı və haqq işi uğrunda mübarizəsi ilə yaratdığı bu yeni reallıq Ermənistan üçün, bütövlükdə haylar üçün bir dərs hesab olunmalıdır.

Bütün dünya ictimaiyyətinin Vaşinqtonda keçirilən sammiti izlədiyi gecə Donald Tramp özü də bir daha nümayiş etdirdi ki, onun üçün hansısa “həyasız uydurmalar”, yalanlar, miflər yox, həqiqətlər, reallıqlar daha maraqlıdır və öndə durur. Bu yaxınlarda Amerika liderinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə fəxrlə təriflər söyləməsi də, Bakıya birbaşa hərbi yardımı məhdudlaşdıran bədnam 907 ilə bağlı düzəlişin, dayandırılmasının məhz onun hakimiyyəti dövründə olmasından Ağ Evin rəhbərinin məmnunluğu da təsadüfi deyil. Ona görə ki, ABŞ Prezidenti artıq Azərbaycanın yaratdığı reallıqları başa da düşür, görür də və qəbul etməkdən başqa çarənin olmadığı ilə barışmalı olduğunu yaxşıca anlayır.

Diqqətə çatdıraq və onu da xatırladaq ki, həqiqətən də Tramp bütün prezidentliyi dövründə heç vaxt Azərbaycanı məhz ermənilərin uydurduqları işğal adında yalana görə, dinc əhaliyə qarşı hərbi cinayətlər deyə çığırdıqları qarayaxmaya görə, hayların yalandan bar-bar bağırdıqları etnik təmizləmə adında şərə görə qınamayıb. Hətta hiss olunur ki, o, buna görə fəxr edir. Üstəlik, faktiki olaraq, erməni xalqının maraqları deyə ortalığa atılan mənasız iddiaları də rədd etdiyini, bunu əhəmiyyətsiz hesab etdiyini nümayişkəranə şəkildə göstərməkdən də həzz aldığı açıq-aşkar şəkildə hiss olunur. Baxmayaraq ki, Tramp özünü xristian dünyasının müdafiəçisi kimi təqdim etməyi xoşlayır, amma məhz haqqın, ədalətin bərpası, qələbəsi fonunda, özünü xristian kimi göstərən hayların uydurmalarına dəstək olmağı qəbul etmir və bunu ermənilər yaxşıca görürlərsə, bunu, elə ən böyük dərs olaraq qəbul etməlidirlər. Uydurulan “erməni hüquqları” deyilənlərə artıq məhəl qoyulmursa, bu, haylar üçün elə ən böyük dərsdir. Doğrudur, hayların bəziləri elə hesab edirlər ki, Donald Tramp məhz Bakıya himayədarlıq edir, amma əslində, buunla uydurmaları ilə meydanda çarəsiz qaldıqlarını, dərs götürməli olduqlarını etiraf edirlər.

Haylar təkcə ABŞ liderindən yox, elə onunla lap elə Vaşinqton masasında “toqquşan” Vladimir Zelenskidən də “razı” deyillər. Ukrayna prezidentinin mövqeyinə də ağız büzürlər. Azərbaycanın məhz Qarabağ ərazilərində müharibə başlayandan açıq şəkildə Azərbaycanın tərəfində olmasını qətiyyən həzm edə bilmirlər. Bəli, rəsmi Kiyev 2020 və 2023-cü illərdə Bakını, Aərbaycanın haqlı mövqeyini dəstəkləyib. Həqiqətən də hayların etnik təmizləmə adında uydurmalarına, guya ermənilərin öz torpaqlarından qovulması kimi yalanların məhəl qoymayıb və reallıqları, haqqı, ədalətin qələbəsini, bərpasını görməməzliyə vura bilməyib. Haylar həyasızcasına məhz Ukraynanın şəhərlərinin bombardman edilməsi, dağıdılması ilə işğal altında saxladıqları Azərbaycanın Qarabağ ərazilərinin işğaldan azad edilməsini müqaisə də edirlər, amma bunun heç bir mənası və təsiri olmadığını da görürlər. Görürlər ki, Ukrayna diplomatiyası Azərbaycanı, məhz ölkə rəhbərimizi, Ali Baş Komandan cənab İlham Əliyevi, onun apardığı düşünülmüş, haqlı, məqsədyönlü, ədalətli siyasəti dəstəkləməkdə maraqlıdır və uydurma erməni xətti onun üçün qətiyyən əhəmiyyət kəsb etmir. Əslində, hayların ikiüzlülüyü, uydurmaları, yalanları göz qabağındadır, bunu görməmək mümkün də deyil və Ukrayna diplomatiyası bu gün əgər Azərbaycanı, ölkəmizi, ölkə rəhbərimizi, onun yürütdüyü siyasəti dəstəkləmək məcburiyyətindədirsə, deməli, bunun özü də haylar üçün bir dərs olmalıdır, təbii ki, bu dərsi almaq istəsələr…

Çoxdandır ki, ermənilər heç Avropa diplomatiyasını da “bəyənmirlər” və avropalılara da ağız büzməkdədirlər. Xüsusən də son zamanlar məhz Almaniya kansleri Olaf Şolts elə Ukraynaya dəstəyini bir daha bəyan etmək üçün Vaşinqtona səfəri fonunda hayların hədəfinə çevrilib. Əslində, onun səfəri, məhz Ukraynaya dəstəyi deyil, Azərbaycanın yaratdığı reallıqları qəbul etməsi hayları qıcıqlandırıb. Amma haylar unutmamalıdırlar ki, uzun illərdir Azərbaycan öz haqq işi, ədalətin bərpası uğrunda mübarizə apardığını və bu günə qədər ölkəmizin neftinin və qazının əsas istehlakçısının da Almaniya olduğunu da həmin o kansler Olaf Şolts görməməzliyə bu qədər davamlı şəkildə vura bilməz və onun özü də Azərbaycanın yaratdığı reallıqları görmək, bununla barışmaq məcburiyyətindədir. Məhz rəsmi Berlin üçün də hayların, hay-küyü, uydurmaları yox, “enerji təhlükəsizliyi” daha maraqlı və daha vacib görünür, hansı ki, bunu da ermənilər başa düşməlidirlər. Başa düşsələr, bu da bir dərs olar…

Baş nazir Keir Starmeri Avropa siyasətində yeni oyunçu hesab edən haylar onu da görürlər ki, Londonun Bakı ilə bağlı köhnə xətti açıq şəkildə ona yaxındır. Görürlər ki, Böyük Britaniya Azərbaycan nefti və qazına görə uzun və möhkəm əlaqələrə malikdir. Müşahidə də edirlər ki, 1990-cı illərdən etibarən London Azərbaycanın neft sektoruna fəal şəkildə maraq göstərir və istisnasız olaraq əsl həqiqətləri, reallıqları dəstəkləməlidir, artıq dərstəkləyir də. Bəli, Böyük Britaniya hər zaman eyni ilə ABŞ kimi, bütün dünyaya demokratiyanı “öyrətməyə” iddialı olduğunu nümayişkəranə şəkildə göstərib və bəzən də məhz bunun fonunda hansısa prinsiplərə hardasa məhəl də qoymayıb, amma London üçün enerji müqavilələri heç də mənasız sayıla bilməz və bu kontekstdə rəsmi Bakının haqq işi uğrunda mübarizəsini danması artıq ermənilər üçün bundan sonra qətiyyən gözlənilən deyil və buna heç gözlərini də dikməsinlər. Əksinə, dərs çıxarsınlar və bilsinlər ki, onların mifləşdirdikləri, uydurduqları keçmişdə qalıb və ötüb gedən qatarın dalınca baxan sərnişin misalında hansısa “böyük ideyalar” kimi irəli sürdükləri absurd fikirlərin köpük kimi partlayışına sadəcə tamaşa etməkdən başqa çarələri qalmayıb.

Çoxdandır ki, haylar elə Baş nazir Giorgia Meloniyə də əxlaq dərsi keçmək arzusuna düşüblər, çünki onun özünü də Azərbaycanı, ölkəmizin haqq işini dəstəkləməkdə günahlandırırlar. Xüsusən də bir həqiqəti və bir reallığı qabarıq şəkildə gördüklərini bildirirlər ki, bəli, İtaliya təkcə Azərbaycan qazını almır, eyni zamanda, həmin ölkə Bakının enerji sektorunda əsas tərəfdaşlarından biridir. Xüsusən də, 2023-cü ildə İtaliya rəsmilərinin məhz hayların uydurduqları deyil, “qaz təchizatının sabitliyi” barədə danışıqlara üstünlük verdiklərini haylar görüblər deyə, italiyalılar barədə də ağızları düzələn deyil. Amma bilməlidirlər ki, İtaliya rəsmilərinə də, vətəndaşlarına da erməni uydurmaları yox, əvvəla, enerji, istilik lazımdır. Digər tərəfdən də axı onların nəyinə lazımdır hayların yalanlarına alət olmaq? Bax elə bu məntiqi başa düşmək haylar üçün ən böyük dərs olardı…

Bir zamanlar Rusiyanı başlarının üstündə görən, rusları böyük qardaş hesab etdiklərini etiraf edən ermənilər, çoxdandır ki, Kremli də özləri üçün düşmən bəllədiklərini bildirirlər. Xüsusən də haylar deyirlər ki, Rusiya bu vaxta qədər düşündükləri şəkildə ideal deyil və Moskvanın öz maraqları var deyə, erməni maraqlarını daha düşünmürlər. Deyirlər ki, əksinə, rəsmi Moskva indi həm Bakını dəstəkləyir, həm də Azərbaycanı dəstəkləyənləri belə müdafiqə edir. Bütün bunların fonunda erməni cəmiyyəti üçün artıq ən böyük həqiqətləri anlamaq vaxtıdır. Haylar anlamalıdırlar ki, onlar nə göydən düşməyiblər, nə də hansısa dövlətlər, hansısa xalqlar onları, onların maraqlarını, xüsusən də uydurmalarını sona qədər dəstəkləməyəcəklər. Niyə də dəstəkləməlidirlər axı? Anlamalıdırlar ki, ədalətin, haqqın qarşısında bütün yalanlar sabun köpüyü misalındadırlar və bir müddətdən sonra “partlaması”, yox olması qaçılmazdır. Dərk etməlidirlər ki, yalan ayaq tutub yerimədiyi kimi, onların etdikləri ikiüzlülük də heç bir nəticə verə bilməz. Son zamanlar baş verənlər, Azərbaycanın yaratdığı reallıqlar fonunda, ədalətin bərpası fonunda müşahidə edilənlər məhz Ermənistan üçün bir dərs olmalıdır və dərsdir də…