Minsk qrupunun bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
ATƏT-in Minsk qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı təşkilatın fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında irəli sürülmüş ATƏT Nazirlər Şurasının qərar layihəsi iştirakçı dövlətləri arasında yayılıb. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, iştiakçı dövlətlər qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıb:
“Qərarın sentyabrın 1-də qəbulu gözlənilir”.