Dünya

Rus müəllimdən uşaqlara tolerantlıq haqqında danışmaq tələb olunacaq…


…Rusiya məktəbləri miqrant uşaqlarla işləmək üçün təlimatlar təqdim edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müəllimlər təhsilə qəbul olunan həmin əcnəbi uşaqların akademik göstəricilərinə və davranışlarına nəzarət etmək üçün məsuliyyət daşıyacaqlar. Bunun səbəbi adaptasiyada çətinliklər olub.

Nəşr qeyd edir ki, tövsiyələrdə xüsusilə dostluq və tolerantlıq mövzusunda dərs saatlarının keçirilməsi nəzərdə tutulur. Xüsusi hallarda məktəblərdən kömək üçün milli diasporların nümayəndələrini cəlb etmələri xahiş olunur.

Bundan əvvəl məlum olub ki, Sankt-Peterburqda rus dili imtahanından kəsilən miqrant uşaqlar nəticələrdən şikayət etmək imkanı əldə edəcəklər.

Onlar xüsusi apellyasiya komissiyası vasitəsilə imtahan nəticələrinə etiraz edə biləcəklər.

Əli Babayev