Dünya

Abort etdirmək istəyən hamilə qadınlara “böhran mənzilləri” veriləcək…





Sizə bircə nə qalır,.. ay sağ ol, doğmaq…doğun də…



…Rusiyada abortların sayını azaltmaq üçün artıq hər addımı atır. Məsələn, son günlər hətta uşağı saxlamaq istəməyən hamilə qadınları “böhranlı mənzillər”lə təmin etməyi də təklif edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Parlament” qəzeti yazır.

Şöbənin həkimlər və psixoloqlar üçün hazırladığı abort etmək qərarına gələn hamilə qadınlarla işləmək üçün təlimatlarda mütəxəssislərə əvvəlcə xəstənin qərarının səbəbini öyrənmələri tövsiyə olunur.

…Əgər qohumlarla münaqişə yaranarsa və yaşayış yeri yoxdursa, o, “böhranlı mənzil”lə təmin oluna bilər, – sənəddə deyilir.

Belə mənzillərin dövlət sosial xidmət təşkilatlarının, habelə sosial xidmət göstərənlərin reyestrinə daxil edilmiş ixtisaslaşmış qeyri-kommersiya təşkilatlarının bazasında yaradılması nəzərdə tutulur.

Həmçinin dəstəyə ehtiyacı olan gözləyən analara dövlət dəstəyi tədbirləri və qadının çətinliklərinin həlli imkanları barədə məlumat verəcək, həmçinin fərdi yardım planı tərtib edəcək kuratorun təyin edilməsi təklif olunur.

…Zəruri hallarda sosial xidmət təşkilatında qadına sosial xidmətlərin, o cümlədən sosial dəstəyin göstərilməsi üzrə fərdi proqramın həyata keçirilməsinə cavabdeh olan “ailə kuratoru” təyin edilir.

Bu da tövsiyələrdə bildirilir.

Hamilə qadın həm də onu abortla bağlı qərar verməyə vadar edən həyat problemlərini həll etmək üçün pulsuz hüquqi yardım ala biləcək.

…Sizə bircə nə qalır,.. ay sağ ol, doğmaq…doğun də…

Əli Babayev