Dünya

“Terminator reallığa çevrilir”





Zalujnı cəbhədəki tarixi dəyişiklikləri elan etdi…



Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeriy Zalujnı müharibəyə strateji yanaşmanın dəyişdirilməsinin zəruriliyini vurğulayıb.

SİA-nın məlumatına görə, “Nova Ukrainska şkola” kanalına müsahibəsində o bildirib ki, səngərlərdə əsgərlərin kütləvi olmasına deyil, müasir hərbi texnologiyalara, ilk növbədə pilotsuz təyyarələrə diqqət yetirilməlidir.

Onun sözlərinə görə, nəhəng cəbhələrin və səngərlərdə minlərlə döyüşçünün erası keçmişə çevrilir, çünki müasir silahlar hamını tapıb məhv etməyə qadirdir.

Zalujnı qeyd edib ki, bu şəraitdə ön cəbhədə şəxsi heyətin sayını minimuma endirmək, insanları dron və robot sistemlərlə əvəz etmək lazımdır.

O əlavə edib ki, son vaxtlar elmi fantastika kimi görünən texnologiyalar artıq reallığa çevrilir.

…50 dollarlıq robot döyüşçünü müəyyən edib məhv edə bilər. Bu, artıq faktdır. Bir vaxtlar Terminator filmlərində göstərilənlər bizim reallığa çevrilir, – diplomat bildirib. Zalujnının sözlərinə görə, Ukrayna itkiləri azaltmaq və Ukraynaya qarşı dağıdıcı müharibəni davam etdirən Rusiya ordusunu effektiv şəkildə cilovlamaq üçün pilotsuz texnologiyalara arxalanmağa davam etməlidir.

Əli Babayev