İqtisadiyyat

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib. SİA-nın əldə etdiyi məlumata görə, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.

Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.