Turizm

“Turizm bazarında azalma müşahidə olunur”


“Bu il ilə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə dəyişib. Rəsmi statistika ilk 6 ayda təxminən 2%-ə yaxın azalmanı qeyd edir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, gələnlərin çoxu yenə də qonşu ölkələrdəndir – Rusiya, Türkiyə, Gürcüstan – burada həm yerlilər, həm də soydaşlarımızı nəzərə alsaq, onların çoxu dost və qohum ziyarəti üçün və ya öz evləri olduğundan burada qalırlar.

Amma turist olaraq regionda baş verən gərginliklər – Pakistan-Hindistan arasında olan gərginlik, İran-İsrail arasında müharibə, xüsusən yay aylarında olan gərginlik və ondan əvvəl Rusiya-Ukrayna müharibəsi – bu ölkələrdən gələn turistlərə də təsir edib.

Ümumilikdə, satış portallarında Azərbaycana gələn turistlərin – hansı ki, daha çoxu otellərdə qalır – sayında 40%-ə yaxın azalma müşahidə olunur. Biz hələ də bildiyimiz kimi, gəlmə bazarını COVID-dən sonraki dövrdə hələ tam bərpa edə bilməmişik.

Bu il turizm üçün sınaq ili oldu. Hal-hazırda alternativ bazarlar üzərində də iş gedir. Ümid olunur ki, uzaq Şərqdən – Çin və Şərqi Avropa ölkələrindən gələcək turistlərin sayı, eləcə də Türkiyədən Azərbaycana gələn turistlərin sayı bu itkiləri müəyyən qədər kompensasiya edəcək”.