Dünya

Keir Starmer Putini tənqid atəşinə tutub




Böyük Britaniyanın baş nazirinin bəyanatı Rusiyanın Kiyevə raket zərbəsindən sonra verilib.



…SİA-nın məlumatına görə, Daily Express yazır ki, Britaniyanın baş naziri Keir Starmer Rusiyanın Kiyevə raket hücumu ilə bağlı Britaniya Şurasının binasına ciddi ziyan vurmasını qətiyyətlə pisləyib.

…Putin uşaqları və mülki insanları qətlə yetirir, sülhə olan ümidləri sabote edir. Bu qan axıdılması dayandırılmalıdır.

…Ukrayna paytaxtının gecə saatlarında atəşə tutulması nəticəsində 4-ü uşaq olmaqla azı 15 nəfər həlak olub.

Fransa prezidenti Emmanuel Makron hücumu “terror və barbarlıq” adlandırıb.

Britiş Council Kiyevdəki ofisinin “çox zərər gördüyünü” və “sonrakı xəbərdarlığa qədər” bağlanacağını bildirib, lakin təhsil və mədəniyyət sahəsində ukraynalı tərəfdaşlarla işləməyə davam edəcəyini vurğulayıb.

1934-cü ildə yaradılan təşkilat 100-dən çox ölkədə fəaliyyət göstərir, mədəni və təhsil əlaqələrini inkişaf etdirir.

Avropa İttifaqının nümayəndəliyinin ofisi də vurulub. Avropa Komissiyasının sədri Ursula von der Leyen bunu “Kremlin heç bir yerdə dayanmayacağına dair daha bir qorxulu xatırlatma” adlandırıb.

O, həmçinin 19-cu sanksiyalar paketinin hazırlandığını və Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın müdafiəsi və yenidən qurulması üçün istifadə mexanizmləri üzərində iş aparıldığını təsdiqləyib.

Əli Babayev