Dünya

Güclü maqnit qasırğası ilə bağlı xəbərdarlıq


Güclü partlayış nəticəsində Günəş plazma buludu Yerə çatıb, maqnit qasırğası başlaya bilər. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Bildirilib ki, plazma buludu Yerə zərbə vurub. Əgər geomaqnit sahəsini yarıb keçsə, qütb işıqları və maqnit qasırğaları müşahidə olunacaq.