İmsakda tövsiyə olunan 7 qida BUNLARDIR
Ramazan ayında bəzi qidalardan istifadə etməklə gün ərzində tox və gümrah qala bilərsiniz. SİA həmin qidaların siyahısını təqdim edir:
Qatıq və ya kefir – Probiotik xüsusiyyətləri sayəsində həzm sistemini tənzimləyir və uzun müddət toxluq hissi verir.
Tərəvəz – Tərkibində çox su olan qidalardandır və az kalorili olduğu üçün aclığı yatırmaqda çox təsirlidir. Xüsusilə xiyar, cəfəri və pərpərən imsak üçün daha uyğundur.
Qoz-fındıq – Sağlam yağlar və protein tərkibi ilə toxluq hissi verdiyi üçün yeyilə bilər. Ancaq qoz-fındıqların həddindən artıq istehlakı artıq kalori qəbuluna səbəb olduğu üçün diqqətli olmaq lazımdır.
Banan – İmsakda banan yemək həzmi tənzimləyir və gün ərzində aclıq hissinin qarşısını alır. Banan həm də kaliumla zəngin meyvədir və qan şəkərini balanslaşdırır. Dənli bitkilər – Tam taxıllı qidalar, əsasən də yulaf əzməsi zəngin lif tərkibi ilə həzmi ləngidir və gün ərzində aclıq hissini gecikdirir.
Kəsmik – Xüsusilə duzsuz kəsmik susuzluğu artırmır, uzun müddət tox qalmağa kömək edir.
Yumurta – Yüksək keyfiyyətli protein ehtiva edir və uzun müddət tox saxlayır. Zülal həzmi uzun sürən qida maddəsi olduğundan, aclıq hissinin qarşısını alır.