Prezident və xanımı Ağdərənin Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“İqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur”
“Məlumdur ki, ölkə başçısının Amerika Birləşmiş Ştatlarına səfəri təkcə Azərbaycan–Ermənistan münasibətləri və sülhün əldə edilməsi baxımından deyil, həm də Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyan bir səfər oldu”. Bunu SİA-ya…
Avqust ayının pensiya ödənişi yekunlaşıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Belə ki, avqustun 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də,…
“Azərbaycan qlobal siyasi oyunçuya çevrilir”
“Avropada siyasi elitanın zəifləməsi və liderlik böhranı son illərin əsas siyasi tendensiyalarından biri kimi diqqət çəkir”. Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Onun sözlərinə görə, bir tərəfdən, Avropa İttifaqı daxilində vahid strategiya və güclü lider fiqurların olmaması, digər…
Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Uşaqlar Agentliyin Qəbələ Uşaq…
Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. SİA xəbər verir ki, sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını…
Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib. Bu gün ölkəmizin ən…
SOCAR qeyri-sabit hava ilə bağlı istehsalatda təhlükəsizliyi gücləndirib
Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli, qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbayacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə SİA-ya “Azneft”dən məlumat verilib. Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları…
Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib. Dövlətimizin başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin…
Sabah Biləsuvarun bəzi ərazilərində qaz olmayacaq
Sabah Biləsuvar rayonunda 330 abonentin qaz təchizatı dayandırılacaq. SİA-nın məlumatına görə, rayonun Təzəkənd kəndini təbii qazla təmin edən orta təzyiqli yeraltı qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşana qədər həmin yaşayış məntəqəsində ümumilikdə 330 abonentin qaz…