Qafqaz Xəbər

USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı

Dünyada yaranmış yeni reallığı və ABŞ Prezidenti Donald Trampın “siyasi tornado”sunu nəzərə alsaq, əsas silahın dezinformasiya olduğu, konkret siyasətlərin yaradılması və digər ölkələrdə təbliği üçün USAID və digər fondların dezinformasiyalara nə qədər vəsait xərclədiyi hər kəsə aydın olacaq. SİA xəbər…

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı…

Quterreş Makronla görüşəcək

BMT-nin Baş katibi Antonio Quterreş Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. SİA xəbər verir ki, bunu baş katibin sözçüsünün müavini Farhan Haq açıqlayıb. O bildirib ki, dünya təşkilatının başçısı fevralın 10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək. Baş katibin…

Küləkli hava şəraiti fevralın 10-dək davam edəcək

Saat 15:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək. Belə ki, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy,…

Trampdan sərt sözlər

Trampdan sərt sözlər

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin

Türkiyənin Şərqi Anadolu bölgəsi, müxtəlif landşaftı, təbiət gözəllikləri, zəngin tarixi və qonaqpərvər insanları ilə unudulmaz bir səyahət təcrübəsi vəd edir. SİA xəbər verir ki, Sıldırım vadilərdən tutmuş möhtəşəm memarlıq nümunələrinə və heyranedici arxeoloji abidələrə qədər, burada hər kəsi heyrətləndirəcək bir…

ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir

ABŞ-ın yeni administrasiyası digər məsələlərlə yanaşı, hərbi xərclərin azaldılması imkanlarını nəzərdən keçirmək niyyətindədir. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz Təhsil Nazirliyinə, hətta ordumuza, heç bir aidiyyəti və dəyəri olmayan şeylərə xərclənən külli miqdarda pula baxacağıq”,…

“Bakı Metropoliteni”nin kommunikasiya departamentinə yeni rəis təyin olunub

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb. 2008-2020-ci illərdə…

Zelenski ona yeni vəzifə verdi

Ukrayna Prezidenti Volodimir Zelenski general-leytenant Yevgeni Moysyuku beynəlxalq təhlükəsizlik təminatlarının həyata keçirilməsi və ölkənin müdafiə qüvvələrinin inkişafı üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb. O, bu vəzifəyə 2024-cü il fevralın…

Hava şəraiti Aeroportun uçuş cədvəlinə təsir etməyib

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb. SİA bu barədə aeroportun mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, uçuşların…