Coca-Cola İsmayıllıda investisiya dəyəri 68 milyon manat olan zavod açır
Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır. “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova CBC Azərbaycan telekanalına verdiyi müsahibəsində qeyd edib ki, Coca-Cola 2025-ci ildə 30 illiyini qeyd edəcək. SİA xəbər verir ki,…
Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 335 vətəndaşın müraciətini dinləyən…
Rusiyaya yeni inflyasiya dalğası yaxınlaşır
İri şirkətlərin demək olar ki, 40 faizii qiymət artımı elan edib. …Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sorğusuna əsasən, Rusiyanın iri müəssisələri vergilərin artması, rublun devalvasiyası və pisləşən maliyyə göstəricilərini kompensasiya etmək üçün 2025-ci ildə öz…
Son 10 ildə “Azərişıq” ölkədə 20 min km elektrik veriliş xətti çəkib
Son 10 il ərzində “Azərişıq” ASC tərəfindən ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib. SİA xəbər verir ki, bunu “Azərişıq” ASC sədrinin texniki məsələlər üzrə müşaviri…
“Azərbaycanla müqayisə edilə biləcək bir dövlətə sahib ola bilməzlər”
“Garo Paylan zamanında Türkiyə parlamentinin də deputatı olub və erməni əsilli bu dırnaqarası siyasətçi əslində erməni xəstə toplumunun nümunələrindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Arzuxan Əlizadə sözlərinə belə davam edib: “Bundan əvvəl Paşinyanın partiyasından olan deputatlardan…
Dünya okean səviyyəsinin yüksəlməsi hansı nəticələrə gətirib çıxaracaq?
Qlobal daşqını gözləməliyikmi..? …Dəniz səviyyəsinin qalxması dövrümüzün ən ciddi ekoloji problemlərindən birinə çevrilib. Bu fenomen qlobal istiləşmə, buzlaqların əriməsi və suyun termal genişlənməsi ilə əlaqələndirilir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dəniz səviyyəsi ildə orta hesabla…
Sosial islahatların uğurları beynəlxalq mükafata və sertifikata layiq görülüb
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların nailiyyətləri ötən il daha 117 beynəlxalq mükafata və sertifikata layiq görülüb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu nailiyyətlərdən…
Azərbaycanın kapital bazarında dayanıqlılığın artırılması müzakirə edilib
Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin,…
Üç ölkə prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək
Üç ölkənin prezidentləri 2025-ci il martın 13-15-də Azərbaycan paytaxtında keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək. SİA xəbər verir ki, bunlar Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviçdir.
Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur
Şimali Makedoniyada Ümumi və Birgə İşlər üzrə Xidmətin keçmiş rəhbəri Pece Mirçeski korrupsiyada ittiham edilir. SİA xəbər verir ki, Pece Mirçeski rüşvətxorluq, rəsmi sənədləri saxtalaşdırma, xidmətdə mənimsəmə kimi cinayət əməlləri ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb. Skopye məhkəməsi korrupsiya ittihamı…