Qafqaz Xəbər

Prezident Fatih Birolu təltif edib

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla F.Birol bu mükafata Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına…

Ağ ev Tramp-Netanyahu görüşünü təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp fevralın 4-də Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul edəcək. SİA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ evin mətbuat katibi Karolin Levitt deyib. Bununla da Ağ evin rəsmisi iki lider arasında…

Psixoloji problemlərə gətirib çıxara biləcək səbəblər BƏLLİ OLDU

“Sosial şəbəkələr insanların ikinci həyatı kimi formalaşıb, hətta bəzi insanlar real həyatdan çox sosial şəbəkələrdəki həyata daha çox vaxt ayırırlar. Bu şəbəkələrdən həddindən artıq istifadə istər fiziki, istərsə də, psixoloji problemləri özü ilə gətirir”. Psixoloq Fidan Hüseynova bu barədə SİA-ya…

Biləsuvarda tikiş fabriki fəaliyyətə başlayıb

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Məlumata görə, regionda sənayenin inkişafı və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək müəssisənin qurulmasına KOBİA tərəfindən dəstək…

Bakı və NATO arasında 2025-ci il üçün əməkdaşlıq planları müzakirə edilib

Azərbaycan və NATO arasında 2025-ci il üçün əməkdaşlıq perspektivləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X”də yazıb. “Alyansın siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə baş katibinin müavini Boris Ruqe ilə görüşmək xoş…

Myanmada fövqəladə vəziyyət rejimi altı ay uzadılıb

Myanma hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini altı ay uzadıb. SİA xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekununa dair qərarda bildirilir. Sənədə əsasən, Təhlükəsizlik Şurasının üzvləri fövqəladə vəziyyətin müddətinin daha altı ay uzadılması barədə yekdilliklə…

Qarabağ “DOST Evi” şöbəsində benefisiarların qəbulu ilə bağlı Qiymətləndirmə Komissiyası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinə benefisiarların ilk qəbulu keçirilib. Qarabağ Regional DOST Mərkəzində yerləşən şöbəyə qəbul üçün 38 vətəndaş müraciəti qeydə alınıb. Qiymətləndirmə Komissiyası tərəfindən iclasda iştirak…

“Xalqımızda pulu başqa valyutada saxlamaq vərdişi var”

İqtisadçı Akif Nəsirli valyuta məzənnələrinin perspektivi ilə bağlı fikirlərini SİA ilə bölüşüb. İqtisadçı hazırda ən perspektivli valyutalardan bəhs edib: “Dünyada hazırda ən populyar iki valyuta dollar və avrodur. Funt sterlinq də ciddi stabilliyə malikdir. Bu üç valyutadan daha perspektivlisi avrodur,…

Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir

Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa İttifaqının (Aİ) Azərbaycanla şərti sərhəddə avantürst addımları davam edir. SİA-nın əldə etdiyi görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir. Kadrlardan…

ABŞ-da növbəti təyyarə qəzası baş verib

ABŞ-ın Filadefiya şəhərində kiçik təyyarə qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə Filadelfiyanın şimal-şərqindəki “Ruzvelt” alış-veriş mərkəzi yaxınlığında baş verib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir…