Qafqaz Xəbər

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Saziş təsdiqlənib

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb. Saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanıb.

Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb

Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb. SİA -nın məlumatına görə, bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə…

Odessada neft anbarında güclü yanğın baş verdiyi deyilir…

Ukraynanın “Strana.ua” nəşri xəbər verir ki, Odessada neft bazasında güclü yanğın baş verib. Nəşrin məlumatına görə, yerli sakinlər sosial şəbəkələrdə böyük qara tüstü sütununu əks etdirən kadrlar paylaşırlar. SİA xəbər verir ki, rəsmi xəbərdarlıq resursunun məlumatına görə, səhər saatlarında şəhərə…

İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi təsdiq edilib

2021-ci il noyabrın 27-də Aşqabad şəhərində imzalanmış “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi” təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Maskın raketabənzər obyekti Polşada qəzaya uğrayıb

Maskın raketabənzər obyekti Polşada qəzaya uğrayıb

Mərkəzi icra hakimiyyəti orqanlarının yeni Nümunəvi Əsasnaməsi hazırlanacaq

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq. SİA -nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim…

Sankt-Peterburqa uçan təyyarənin mühərriki uçuş zamanı sıradan çıxıb

Aviaincident Telegram kanalı xəbər verir ki, Voloqdadan Sankt-Peterburqa uçan Yak-40 təyyarəsində uçuş zamanı mühərrik nasazlığı yaranıb. SİA rus saytlarına istinadən xəbər verir ki, təyyarə Voloqda Aviation Enterprise aviaşirkətinə məxsusdur. Ekipaj problem barədə məlumat verib və Voloqda hava limanına qayıtmaq qərarına…

Xocalı soyqırımı erməni vandalizminin bariz nümunəsidir

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin ən dəhşətli və qanlı səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri və Xankəndidə yerləşən 366-cı motoatıcı alayın birbaşa dəstəyi ilə…

Tramp Çinlə yeni nüvə silahı sövdələşməsinə icazə verdi

…ABŞ prezidenti Donald Trampın administrasiyası nüvə silahı məsələlərində Çinlə yeni genişmiqyaslı razılaşmanı nəzərdən keçirir. SİA xəbər verir ki, bu barədə New York Times (NYT) yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb. …Tramp ABŞ-a əhəmiyyətli Çin sərmayəsi və Amerika məhsullarının alınması ilə…

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtla yanaşı ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Qeyd…