Babək prospektində məhdudiyyət aradan qaldırılıb
Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Netanyahu və Katz razılaşdı
İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz ölkənin Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamiri Baş Qərargahın növbəti rəisi təyin etmək barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Zamirin növbəti ay yeni…
Qubada zəlzələ qeydə alınıb
Quba rayonu ərazisində 3,2 maqnitudalı zəlzələ olub. SİA-nın məlumatına görə, Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda zəlzələ qeydə alınıb, zəlzələ hiss olunmayıb.
Gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir
İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib. SİA xəbər verir ki, bu barədə nazir “X” səhifəsində paylaşım edib. “Azərbaycan gənclərinin yüksəlişi, ölkəmizin tərəqqisində, beynəlxalq müstəvilərdə təmsil edilməsində fəal iştirakı və uğurları qürurvericidir….
Keçmiş müstəmləkələr Fransa taxılından imtina edir
2024-2025-ci il Fransa taxılçıları üçün əlverişli hesab edilmir. SİA “Zone Bourse” saytına istinadla xəbər verir ki, dünyanın 6-cı taxıl istehsalçısı olan Fransanın ixracatı kəskin azalıb. Mövsüm sonunadək ölkənin cəmi 3,5 milyon ton taxıl ixrac etməsi gözlənilir. Bu da 1980-ci ildən…
Bu gün Gənclər Günüdür
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. SİA xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması…
Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinin yeni inzibati binası ilə tanış olub
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X” səhifəsindəki paylaşımında qeyd edib. Prezidentin köməkçisi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub və səfirliyin yeni inzibati binası…
Kubaya turist axını azalıb
2024-cü ildə Kubaya 2,2 milyon nəfər xarici turist gəlib. SİA xəbər verir ki, bu barədə Kuba Milli Statistika Ofisinin (ONEİ) məlumatında bildirilir. Qurumun məlumatına görə, 2023-cü ildə turist sayı 2024-cü illə müqayisədə 230 min nəfər çox olub. Ölkənin əsas turist…
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. SİA xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun…