İqtisadiyyat

“İdxal olunan məhsullar 0% ilə 15% arasında gömrük rüsumlarına cəlb olunur”

“Gömrük rüsumları birbaşa və ya dolayısı ilə qiymət artımlarını şərtləndirən əsas amillərdən biridir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, idxal olunan məhsullar 0% ilə 15% arasında diferensial dərəcələrlə gömrük rüsumlarına cəlb olunur. Bu ödənişlər nəticədə məhsulun maya dəyərinə əlavə olunur və sonda…

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətədir?

“Yəni, apteklər həmin məhsulları ölkəyə daha az miqdarda gətirirlər, az partiyalarda alırlar. Az miqdarda aldıqları üçün onların endirim imkanları da az olur, yəni alış qiyməti yüksək olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam…

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişib

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişib

Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan ticarət pavilyonlarının açılış mərasimi keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə pavilyonların rəmzi açılışını bildirən lent kəsilib. Sonra qonaqlar ticarət pavilyonları ilə tanış olublar. Açılışda…

“Azərkosmos” Pakistan şirkət ilə Kommersiya Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Pakistanın qabaqcıl texnologiya və rabitə şirkətlərindən biri “Supernet Limited”lə Kommersiya Anlaşma Memorandumu imzalayıb. SİA bu barədə “Azərkosmos”a istinadən xəbər verir. Məlumata görə, sənəd çərçivəsində tərəflər peyk rabitəsi üzrə beynəlxalq bazarlarda birgə…

Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi sektorda birgə fəaliyyəti, ticarət, investisiya, sənaye parkları və “yaşıl enerji” sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib…

ABŞ-ın 14 şirkəti Bakıda keçirilmiş Kosmik Texnologiyalar Konfransında iştirak edib

ABŞ-ın 14 şirkəti aprelin 24-25-də Bakıda keçirilmiş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransında iştirak edib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilir. “ABŞ-ın müvəqqəti…

ABA və Azərbaycan Qiymətləndiricilər Palatası birgə İşçi Qrup yaradıb

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Qiymətləndiricilər Palatası” İctimai Birlikləri qarşıya çıxacaq məsələlərin operativ həll edilməsi və tərəflər arasında kommunikasiyanın təmin edilməsi məqsədi ilə birgə İşçi Qrupu yaradıb. SİA bu barədə ABA-ya istinadən xəbər verir. Məlumata görə, Assosiasiya və Palatanın…

Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır

“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin kosmik sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Plan-S” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. SİA “Azərkosmos”a istinadən xəbər verir ki, imzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik…