Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,36 % azalaraq 3,201 ABŞ dolları…
ADB Azərbaycanda dəmir yollarının dekarbonizasiyasına maliyyə vəsaiti ayırıb
Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan Dəmir Yolları” QSC-yə dekarbonizasiya layihəsinin hazırlanması məqsədilə 1,250 milyon ABŞ dolları məbləğində texniki dəstəyi təsdiqləyib. SİA banka istinadən xəbər verir ki, ADB maliyyə vəsaitini Texniki Yardım Xüsusi Fondu (250 min ABŞ dolları) və “Ağıllı Enerji”…
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yeni tarixi maksimumu yeniləyib. SİA-nın birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,98% artaraq 3 394,31 ABŞ dollarına…
Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib
Aprelin 20-də Pakistanın “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkəti tərəfindən həyata keçirilən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuşun qarşılanma mərasimi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hava limanının rəhbər şəxsləri, habelə media təmsilçiləri…
Ziya Bünyadov prospektində təmir işləri davam etdiriləcək
Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq. Bu barədə SİA AAYDA-ya istinadən xəbər verir. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli…
Azərbaycan Orta Dəhlizdə darboğazları aradan qaldırmağa başlayıb
Ələt dəmir yolu stansiyasında təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulub. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib. “Layihənin icrası Bakı-Böyük Kəsik dəmir yolu xətti üzrə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və Orta Dəhlizdə (Trans-Xəzər Beynəlxalq…
Bakının əsas prospektlərindən birində təmir işlərinin bitəcəyi vaxt
Bakı şəhəri, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılır. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, təmir işləri çərçivəsində artıq ərazidə…
Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
Bu gecədən Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq….
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə BƏƏ ilk dəfə lider olub
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 950,1 milyonmanat vəsait yönəldilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur. Hesabat dövründə xarici investisiyaların 936,5 milyon manatı (98,7 %-i)…
KOBİA sahibkarların 27 “yaşıl layihə”sinə ayırdığı vəsaiti açıqlayıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların 27 “yaşıl layihə”sinə 450 min manatdan çox qrant ayırıb. SİA bu barədə KOBİA-ya istinadən xəbər verir. Məlumata görə, “yaşıl təşəbbüslər”in dəstəklənməsi çərçivəsində 10-dan çox KOB subyektinə “Startap” şəhadətnaməsi verilib….