Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçirilib. SİA xəbər verir ki, biznes-forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, maliyyə nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və…
Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar
Türkmənistan Dövlət Xammal Birjasının xarici bazarında iri beynəlxalq sövdələşmələr bağlanılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan sahibkarları pambıq lifi və boyalı vafli parçanın alınması üçün yerli istehsalçılarla müqavilələr bağlayıblar. Daxili birja bazarında yerli sahibkarlar da müəssisələrdən…
5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bakıda 122, 160A, 193, 195 və 503 nömrəli şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu…
“Bank heç vaxt e-mail və ya telefonla kart məlumatlarını istəməz”
“Kartlardan vəsaiti yalnız reklamla çıxarmırlar. Ümumiyyətlə, vətəndaşın telefonuna zəng edirlər, bankdandır və s. deyərək aldadırlar. Bundan qorunmağın yolu sadədir. İlk növbədə vətəndaş bilməlidir ki, bank heç vaxt e-mail və ya telefonla kart məlumatlarını istəməz. Kimsə e-mail və ya zəng edib…
Hesablama Palatası Minatəmizləmə Agentliyində maliyyə-idarəetmə pozuntuları aşkar edib
Hesablama Palatası Minatəmizləmə Agentliyi üzrə 1 iyul 2022-ci ildən 1 sentyabr 2024-cü ilə qədərki dövrdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət…
ARDNF I rübdə AÇG-nin işlənməsindən 38 %-dən çox gəlir əldə edib
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 2 milyard 001,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu barədə SİA-ya Fonddan məlumat verilib. Məlumata görə, bu, 2023-cü ilin…
“İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki qurumlarda dövlət büdcəsi vəsaitlərinin xərclənməsi və əmlakın idarə olunması zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Auditin nəticələrinə…
Kliniki Tibbi Mərkəzin xərclərində əsaslandırılmamış məbləğlər olub
Kliniki Tibbi Mərkəzdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasında ciddi nöqsanlar müəyyən olunub. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Məlumata görə, audit 2022–2023-cü illəri əhatə edib. Bu müddət…
ARDNF valyuta satışını 32 % artırıb
Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. SİA bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.